16 C
Baku
Thursday, April 25, 2024

Banklar milli və xarici valyutada ən aşağı faizlə hansı regionlarda əmanət qəbul edirlər?

 2019-cu il 1 iyun tarixinə olan  statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər cəmi bir ayda 862292.4 min manat olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinad edərək xəbər verir.

Təkcə Bakı şəhərində isə cəlb olunmuş əmanətlər ümumilikdə 7867033  min manat təşkil edib ki, onun 3058940 min manatı  milli valyutada ,4808094 min manatı isə xarici valyutada verilib. 

Banklar milli valyutada  depozitləri ən yüksək faizlə  ilk üç pillədə 7,9% olmaqla Abşeron iqtisadi rayonunda, 6,9% olmaqla Lənkəran iqtisadi rayonunda, 6,6% olmaqla Bakı şəhərində qəbul edir.

Qeyd edək ki, bankların milli valyutada ən aşağı faizlə depozit qəbul etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu(2,2%) , Yuxarı Qarabağ rayonu(3%) , Şəki-Zaqatala iqtisadi rayonudur(4,2%).

Xarici valyutada ən yüksək faizlə depozit qəbul edilən regionlar isə 2,1% olmaqla Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonudur. Bankların xarici valyutada ən aşağı faizlə əmanət cəlb etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu(0,3%) , Şəki-Zaqatala (1,5%) iqtisadi rayonlarıdır.

y7t76tfg

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər