12 C
Baku
Thursday, March 28, 2024

Banklar müştərinin rahatlığını düşünür

Elə bir dövrdə yaşayırıq ki, bizə aid olan nə varsa internet üzərindədir.

Bunu nəzərə alan banklar internet bankçılığı xidmətlərindən istifadə etməyə başlayıblar. İnternet bankçılığı isə bank müştərilərinin internet vasitəsilə bankçılıq xidmətləri almasını nəzərdə tutur. İnternet istifadəçilərinin sayı artıqca bankların bu xidmət növündən istifadəsi də aktiv olacaqdır. Bank müştərsisi bilməlidir ki, internet bankçılığının üstünlüyü aşağıdakılardan ibarətdir:

  • Operativlik – Internet Bank operativ olaraq bütün zəruri məlumatları almaq imkanı verir və bu da şübhəsiz ki, maliyyə məsələlərində çox vacibdir
  • Əlverişlik – Internet Bank xidmətindən dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən istifadə etmək olar
  • Sadəlik – bankla əlaqə üçün müştəri standart internet-brauzerdən istifadə edir və bunun sayəsində sistem müstəqil platforma şəklində olur və İnternetə çıxışı olan istənilən kompüterdən istifadə etməyə imkan verir.

İnternet bankçılığı vasitəsilə hansı əməliyyatları həyata keçirmək olar?

  • hesab üzrə balansın yoxlanılması;
  • digər kart hesabına pul vəsaitinin köçürülməsi;
  • kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi;
  • həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsi;
  • sığorta xidməti üzrə ödənişlərin aparılması;

mobil telefon operatorları üzrə ödənişlərin aparılması və s

İnternet bankçılığından istifadə edən banklar təhlükəsizlik tədbirlərini də yaddan çıxartmır. Belə ki, heç bir bank müştərisini itirmək istəməz.

Fırıldaq hallarının qarşısını almaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

  • şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı haqqında məlumatlar məsələn, PIN-kod, ödəniş kartının istifadə müddəti, kredit limiti və s. haqqında məlumatlar açıqlanmamalıdır;
  • əməliyyatların həyata keçirilməsi zamanı ancaq bu məqsəd üçün nəzərdə tutulmuş müəyyən limitə malik olan ödəniş kartlarının (məsələn virtual kartlar) istifadə edilməsi məqsədəuyğundur;
  • təqdim etdiyi xidmətlər baxımından artıq tanınmış olan və təhlükəsiz hesab olunan təşkilatların internet səhifələrindən istifadə edilməlidir;
  • xidmətlərindən istifadə olunan internet səhifələrin həqiqiliyindən əmin olunmalıdır, çünki fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsi üçün oxşar səhifələr yaradıla bilər;
  • ödəniş kartı və ya şəxsi identifikasiya haqqında məlumatların açıqlanmasını tələb edən e-mail və zənglərə, hətta bankdan və ya polisdən olduqlarını təkid etsələr belə, yüksək şübhə ilə yanaşılmalı, bu cür məktublarda qeyd edilmiş veb səhifələrə daxil olunmamalıdır. Çünki onlar heç bir zaman bu məlumatları bu üsulla almırlar;
  • şəxsi identifikasiya məlumatlarının, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyatlar şəxsi kompüter vasitəsilə həyata keçirilməlidir;
  • internet şəbəkəsi ilə əməliyyatlar digər kompüter vasitəsilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması təmin edilməlidir;
  • səlahiyyətsiz əməliyyatlar nəticəsində bank hesabı üzrə pul vəsaitlərinin azalmasında şübhə yarandığı zaman emitent dərhal məlumatlandırılmalıdır.

Xatırladaq ki, internet banking sistemi üzrə tarif hər banka görə dəyişir.

Son xəbərlər
Digər xəbərlər