22 C
Baku
Sunday, June 23, 2024

Banklar nəyi gözləyir?

İlin əvvəlində verilən qərara əsasən   banklar öz vəsaitlərini yeni avtomobilllər üçün ilkin ödənişi 50-80 % olmaqla illik 14-27% faizlə verməli idi. 1 ildən çox sürülmüş avtomobillər üçün isə ümumi məbləğin 70-80 %-ni əvvəlcədən , qalan hissəni isə illik 17-27 % -dərəcəsi ilə ödənməli idi.

 Bu qərardan sonra banklar avtokreditləri yeni şərtlərlə verməli oldular. Əmlak bazarı üzrə mütəxəssis Ramin Osmanlı isə məsələyə aydınlıq gətirərək bildirmişdi ki, “Avtomobil kreditlərini daha sərt qaydalarla verilməsini qərarlaşdıran hökumət bu yolla həm ölkədə avtomobillərin sayını, həm də dolayısı ilə benzinə olan təlabatı da tənzimləmək istəyir.”

Nəzərinizə çatdıraq ki, bankların avto kredit vermək istəyi əsasən bu tip kreditlərin həm məbləğ baxımından böyük olması, həmdə girovun (zamənət paketinin) olmasıdır.

Vəziyyətdən çıxış yolu kimi isə  bir çox bank (Zamin Bank, Amrah Bank,Para Bank ) avtokreditlərin verilməsini dayandırdı. Mərkəzi bankın bu qərarının nəticəsi olaraq, avtomobil salonlarına kreditlə avtomobil almaq istəyənlərin çoxu oradan əliboş qayıtmaq məcburiyyətində qalırlar. Hazırki durumda banklar mövcud şəraitdə Mərkəzi Bankın qərarının yumşaldılmasını gözləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər