Bankların gəlir mənbələri hansılardır? Ortalama bir bank nə qədər qazanır?
Bu gün demək olar ki, hər kəsin bank sektoru ilə əlaqə var. Ona görə də, bankların necə pul qazandığı və necə mənfəət əldə etdiyi təbii olaraq, hər kəsə maraqlıdır. Banker.az məhz bu mövzunu araşdırıb təqdim edir.
Bankların mənfəətinin 90%-ini faiz gəlirləri təşkil edir. Banklar əhaliyə kredit verə bilmək üçün mərkəzi bankdan, lakin daha çox əhalidən borc alırlar. Əhalinin bir hissəsi yığdıqları pulu bank əmanətlərinə yatırır. Bank bu pulu götürüb insanlara kredit kimi satır, kreditlərin vaxtı gələndə bank əmanəti verən şəxsə əsas borcunu və faizini ödəyir, qalan pulu isə mənfəət kimi yazır.
Bankların gəlir mənbələrini aşağıdakılar təşkil edir:
- Faiz gəlirləri
- İnvestisiya əməliyyatları üzrə komissiyalar
- Pul köçürmələri (transfer) haqqı
- Hesabın saxlanması haqqı
- Kredit kartı haqları
Faiz gəlirləri
Banklar tərəfindən pul qazanmağın ən sərfəli üsulu faiz gəlirləridir. Bu, “banklar necə pul qazanır?” sualının da mütləq cavabıdır. Məsələn, bir bank bu il cəmi 500 milyon manat əmanət saxlayıb və ilin sonunda cəmi 50 milyon manat faiz ödəməli olacaq. Bu faizi ödəyə bilmək üçün bank, təbii ki, krediti indiki faizdən qat-qat yüksək faizlə satmalıdır. Məsələn, 10 faizlə aldığı borcu 20 faizlə başqa bir müştəriyə satacaq. İlin sonunda verdiyi 500 milyon manat kreditdən ümumilikdə 100 milyon manat faiz gəliri əldə edəcək. Bu faiz gəlirinin 50 milyon manatını əhaliyə ödəyəcək, qalanını isə mənfəət kimi yazacaq.
Bankların ən çox qazanc əldə etdikləri əməliyyatlardan biri də investisiya əməliyyatlarından əldə etdikləri komissiya gəlirləridir.
- Birjada hesab açıb investisiya qoymağa başlayanda bankın vasitəçi qurumuna komissiya ödəməlisiniz. Bu komissiya həcmin ölçüsünə görə dəyişsə də, adətən mində 1 olur. Başqa sözlə, 1000 AZN-lik bir səhm alıb satdığınız zaman cəmi 2 AZN komissiya ödəyəcəksiniz və 2000 AZN-lik ticarət həcminə sahib olacaqsınız.
- Birjada bir vasitəçi qurum ilə bir ayda 10 milyard AZN həcmində əməliyyat aparılarsa, bank həmin ay üçün təxminən 10 milyon AZN qazanc əldə edəcək. Üstəlik, bunu yalnız 0.1% komissiya ilə edəcək.
- Siz, həmçinin, valyuta ticarəti və ya qızıl ticarətində hər əməliyyat üçün komissiya ödəyirsiniz, lakin çox vaxt bundan xəbəriniz olmur. Banklarla dollar ticarəti aparan müştərilərin ödədikləri “gözəgörünməz komissiyalar”ı toplayanda kifayət qədər böyük məbləğ alınır.
- Banklar, adətən, hər əməliyyat üçün təxminən 1% komissiya alırlar. Əgər bir bankdan 100 min AZN dəyərində ABŞ dolları alsanız, təxminən min manat komissiya ödəyəcəksiniz. Yəni, siz bunun əvəzinə daha min manat dəyərində ABŞ dolları əldə edə bilərdiniz.
Pul köçürmə (transfer) haqları
Banklar həyata keçirilən hər bir transfer üçün komissiya alırlar. Bunu bütün banklar etməsə də, transfer haqqı ciddi gəlir mənbəyidir. Məsələn, Türkiyədə pul köçürmə haqqı EFT olaraq ödəndiyi zaman çox ciddi komissiyalar ödənilə bilər: 500 AZN köçürmə üçün təxminən 4 AZN EFT haqqı. Kiçik köçürmələr üçün 3-20 qəpik arası ödəniş alınsa da, köçürmə məbləği artdıqca ödəniləcək məbləğ təbii olaraq artacaq.
Hesabın saxlanması haqqı
Bu da qazanc əldə etməyin köhnə üsuludur. Hanklar hazırda hesab üçün xidmət haqqı almamağa çalışsalar da, hələ də əməliyyat haqqı tutan bank hesabları var. Belə ki, bankda açılan hər bir hesaba əlavə iş vaxtı, əlavə pul xərclənməsi tələb olunur, yəni, bank hər hesaba əlavə vaxt və pul ayırmalıdır.
Hesabın saxlanması haqqı banka heç bir pul qazandırmayan və fəaliyyəti olmayan hesablardan tutulur. Əvvəllər banklar artan passiv hesabların zərərini əvəzləmək üçün belə bir tətbiqə başlasa da, zaman keçdikcə bu, gəlir mənbəyinə çevrildi.
Kredit kartı haqları
Bankların necə pul qazanması sualının daha bir konkret cavabı. Kredit kartı haqları da hesabın saxlanma haqlarında olduğu məntiqlə alınmağa başlamışdı. Sonralar isə kredit kartı limitlərini heç istifadə etməyən müştərilərdən yığılmağa başlayan kredit kartı haqları zamanla hər kəsdən alınan komissiyaya çevrildi. Beləliklə, bank verdiyi hər bir kredit kartından qazanc əldə etməyi özü üçün dəqiqləşdirmiş oldu. Digər tərəfdən, kredit kartlarından haqq almayan bankların sayı artmağa başlayıb. Lakin banklar investisiya və borc münasibətlərindən gəlir əldə etməyə davam edəcəklər.