24 C
Baku
Wednesday, August 17, 2022

Banklar ötən il 1.2 milyard manat kredit restrukturizasiya edib

2020-ci ildə Azərbaycan bankları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1,2 milyard manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya edib və bu proses hazırda da davam etməkdədir.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

Məlumata görə, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87%-i biznes, 9%- i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb.

Ötən il bank sektorunun maliyyə vasitəçiliyinin genişləndirilməsi və kredit əlçatanlığının artırılması istiqamətində də tədbirlər davam etdirilib. Hökumətin və requlyatorun sinxronlaşdırılmış tədbirləri sayəsində kredit aktivliyinin kəskin azalmasının qarşısı alınıb.

Hesabat dövrünün sonuna bankların kredit portfeli bağlanmış banklar nəzərə alınmadan 14,2 milyard manat olub. İl ərzində bankların ipoteka portfeli 13% artıb, biznes kreditləri portfeli sabit qalıb, istehlak kreditləri portfeli isə 6,3% azalıb. Kredit portfelinin 60%-ni (8,5 mlrd. manat) biznes, 26%-ni (3,7 mlrd. manat) istehlak kreditləri, 14%-ni (2 milyard manat) ipoteka kreditləri təşkil edib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər