Azərbaycanın bank sektorunun 2024-cü ilin fevral ayında kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23 mlrd. 833 mln. manat olub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərəzi Bankının statistik bülletenində qeyd edilir.
Kredit portfelinin 54.8% və ya 13 mlrd. 063.7 mln. manatı biznes, 29.7% və ya 7 mlrd. 077.3 mln. manatı istehlak və 15.5% və ya 3 mlrd. 692 mln. manatı ipoteka kreditləri təşkil edib.
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.