12 C
Baku
Monday, November 18, 2024

Banklar ötən il kredit faizlərindən 2.6 milyard manat gəlir əldə ediblər

Azərbaycandakı bankların 2023-cü ildə  kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki,ötən il bankların kreditlər üzrə faiz gəlirləri 2 573.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% çoxdur.

Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 194.4 milyon manat təşkil etmişdir.

2023-cü ildə faizlər üzrə xərcləri isə 839.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 657.8 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər