12 C
Baku
Monday, November 18, 2024

Banklar qiymətli kağız portfelini 6 mlrd. manata çatdırıb

Azərbaycanda banklar 2022-ci ilin 1 sentyabr tarixinə qiymətli kağızlar portfelini 6 mlrd. manata çatdırıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sektorun portfelinin həcmi 5 milyard 964.4 milyon manat olub.

Qiymətli kağız dedikdə, istiqrazlar (dövlət və korporativ), səhm və Mərkəzi Bankın notları gedir.

Beləliklə, kommersiya banklarının qiymətli kağızlar portfeli son ayda 1.8%, ilin əvvəlindən isə 22% artıb.

İlin əvvəlində portfel 5 mlrd. olan tarixi maksimuma yeni ayaq qoyurdu.

Banker.az-ın 1 iyul 2022-ci il tarixinə olan renkinqinə görə, ilk üçlüyü “Kapital Bank”, “PAŞA Bank” və ABB qapadır.

Son xəbərlər
Digər xəbərlər