9 C
Baku
Sunday, January 12, 2025

Banklar qızılı neçəyə götürür?- Araşdırma

Aydındır ki, bankların bir çoxu hələ də manatla verilən kreditlərini aktivləşdirməyiblər. Lakin ölkənin bir neçə bankları manatla kreditləri aktivləşdirməsədə, digər banklar girovla əhaliyə kreditlər təqdim edirlər.

Bir müddət əvvəl qızılın qiymətinin artıb azalması, banklarda qızıl girovu ilə olan kreditlərə də öz təsirini göstərib.

Maddi vəziyyəti çətin olan əhali isə kreditin zərərinə və yaxud faizinə baxmadan, ehtiyacları olduğu üçün, bankdan kredit əldə edirlər. Lakin indiki dövrdə bankların bir çoxu manatla olan kreditləri dayandırdıqları üçün, dollarla kredit götürməyi risk etmədikləri üçün, tək çarələri girova qızıl qoyaraq kredit əldə etməkdir. çünki, banklardan qızıl girovu ilə verilən kreditləri manatla əldə etmək mümkündür.

Bu səbəbdən də indiki dövr üçün əhalini düşündürən məsələlərdən biri də, devalvasiyanın banklarda mövcud olan lombard kreditlərinə necə təsir etməsidir? Bildiyiniz kimi, ölkənin bir çox banklarından lombard kreditlərinin əldə olunması mümkündür.

Bəs banka təqdim edəcəyiniz qızıl əsasında nə qədər pul götürə bilərsiniz?

Ümumiyyətlə hər bankın müvafiq qaydaları var və təqdim etdikləri kreditləri də bu şərtlərə əsasən ayırırlar. Yəni siz bir bankdan Lombard kreditini təqdim etdiyiniz  qızılın 50%-də digər bir bankdan isə 110% həcmində kredit əldə etməyiniz mümkündür.  Lakin çox zaman bankdan ilk müraciət üçün bank qızılın 80-90%-də əldə edə bilərsiniz. Banklar çox vaxt təkrar müştərilərə qızılın öz qiymətində və yaxud 100-110% həcmində kreditlər ayırırlar. Yəni hər bankın müvafiq şərt və təklifləri var.

Lakin bir nüansı da bilməlisinizki, banka girov məqsədilə qoyacağınız qızılın 1 qramı qızılın əyarından asılı olaraq fərqlənir. Hazırda isə banka ən çox girov qoyulan qızılların əyarları aşağıdakılardır:

  • 583 – 1 qr – 20 AZN
  • 585 – 1 qr – 20 AZN
  • 750 – 1 qr – 23 AZN

Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd olunan rəqəmlər bir neçə bankda mövcud olan qızılın qiymətinə əsasən təqribi yazılıb.

Ekspertlər isə bildirir ki, bundan sonra qızıl girovu əsasında verilən kreditlərinin əhəmiyyəti artacaq. Çünki, girov qismində qəbul edilən qızıl daha likviddir, yəni daha tez müddətdə satıla bilər.

Həmçinin qızıl girovu ilə verilən kreditlər bazarı lombardlarla demək olar ki, şərik işləyir. Banka kredit üçün müraciət edən bəzi şəxslərin, MKR vasitəsilə kredit tarixçəsinin mənfi olduğu aşkarlandığı zaman, təcili pul lazım olan şəxslər yüksək faizlə belə olsa, lombardlara müraciət etməli olurlar. Banklar isə bu məsələdə daha konservativdir.  Lakin devalvasiyadan sonra ciddi dəyişiklərin ola biləcəyi istisna deyil.

Sonda isə yenə sizə kreditdən uzaq durmağı arzulayırıq və əgər Lombard krediti üçün banka müraciət etmək istəsəniz qızıllarınızı daha etibar edəcəyiniz həmçinin daha az ziyan ilə kredit əldə edə biləcəyiniz bankı seçməyi məsləhət görürük.

Son xəbərlər
Digər xəbərlər