13 C
Baku
Sunday, April 14, 2024

Banklar real sektora əlavə 5 mlrd. manat yönəldə bilərlər

“Azərbaycanda banklara qoyulan müddətli əmanətlərin 80 %-i bir il və yaxud daha az müddətə yatırılıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

F.İsayevin sözlərinə görə, müddətli əmanətlərin 60 %-dən çoxu fiziki şəxslərin payına düşür:

“Müddətli əmanətıərin həcmi 9 milyard manat təşkil edır ki, onun da 6.4 milyard manatı fiziki şəxslərin payıa düşür”.

AMB rəsmisi əlavə edib ki, hazırda banklarda likvidlik əmsalı minimum tələb olan 30 %-dən iki dəfə çox yəni 60 % təşkil edir: “Əgər biz ani likvidlik üzrə əmsalı 30 % olduğunu nəzərə alsaq və burada 10 %-i də əlavə bufer kimi tətbiq etsək, o zaman bankların əlavə 5 milyard manat resursları var ki, onlar onu real sektora yönəldə bilərlər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər