Azərbaycanda banklar tərəfindən 2021-ci ilin iyul ayına quraşdırılan bankomatların sayı 2 824 ədəd təşkil edib.
Banker.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 20 yeni bankomat quraşdırılıb. Belə ki, iyunda ayında bankomatların say 2 804 ədəd təşkil edib.
Ötən il isə 2585 bankomat quraşdırılıb ki, illik müqayisədə bu, 239 ədəd çoxdur.
Bununla yanaşı, Bakıdakı bankomatların sayı iyul ayında 1 497, regionlarda isə 1 327 olub. İllik müqayisədə Bakıda 149, regionlarda isə 90 yeni bankomat quraşdırılıb.