28 C
Baku
Saturday, June 25, 2022

Banklar robotları işə götürməyə davam edir

Hindistanın City Union Bank bankının bölmələrindən biri əməkdaşları sırasına yeni birini əlavə etdi. Bu isə 125 mövzu ətrafında müştərilərin suallarına cavab verə bilən Lakshmi adında bir robotdur.

Lakshmi bir neçə jestlərə öyrədilib və ingilis dilində danışır.

Lakin bu hələ ki, pilot layihədir. Bank müştərilərin fikir və təəssüratlarına əsasən daha 30 filialında analoji layihənin həyata keçirilməsini nəzərdən keçirəcək.

Bundan əlavə, robotun yaradıcıları Lakshmi adlı robota fərdi hesablar və cari tranzaksiyalar haqqında suallara da cavab verməyi öyrədəcəklər. Müştərilər haqqında gizli məlumatlar isə şəxsi məlumatların qorunması məqsədi ilə robotun LED ekranında təsvir ediləcək və səsləndirilməyəcək.

Son xəbərlər
Oxşar xəbərlər