13 C
Baku
Thursday, April 18, 2024

Banklar sabah 350 mln. manatlıq hərraca qatılacaq

29 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Banker.az-a BFB-dan məlumat daxil olub.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Hər birinin nominal dəyəri 100 manat olan notlar, hərraca ümümi həcmi 350 mln manat dəyərində çıxarlacaq. Dövlət qeydiyyat nömrəsi 50100465S olan notun tədavül müddəti 28 gün, ödəmə tarixi isə 27 dekabr 2017-ci ildir.

BFB bildirir ki, hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Qeyd edək ki, AMB-nin qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si 50100465S
Hərraca çıxarılan həcm 350 000 000 AZN
Notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti  28 gün
Ödəmə tarixi 27.12.2017
Son xəbərlər
Digər xəbərlər