12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Banklar sanki dolları “yastıq altına” yığır: Əhalidən də alır, Fonddan da

Azərbaycanın 2021-ci ilin ilk 10 ayı ərzində suveren fondun milli valyutanın qorunması üçün təşkil etdiyi valyuta satışlarının həcmi 5 milyard ABŞ dollarına çatdı. Əhalinin dollar tələbi azalsa da, əksinə, banklara satsalar da, bankların hərracda dollara marağı azalmır.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Mərkəzi Bankda oktyabr ayında 8 valyuta hərracı baş tutmuşdur. Bu səkkiz valyuta hərracında yerli bankların 539.9 milyon dollarlıq tələbi qarşılanmışdı. OKtyabrdakı qeydə alınan bu rəqəm 2021-ci ildə qeydə alınmış üç ən böyük rəqəmdən biridir.

Ölkədə əhali ilə banklar arasında mübadilə əməliyyatları son aylarda- dolların daha çox banklara qaytarılması müşahidə edilsə də, yerli bankların dollar tələbi yüksək olmaqda davam edir. Məsələn, cari ilin yanvar-sentyabr aylarında banklar əhaliyə 1 milyard 197.94 milyon dollar satıblar ki, bu da öncəki ildə 57% azalma deməkdir. Banklar əhalidən isə 1 milyard 052.52 milyon ABŞ dolları almışlar. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22%-ə qədər artım deməkdir.

Diqqət çəkən məqam isə birinci rübdən sonra, bankların əhalidən aldığı dolların, satdığı dolları üstələməsidir. Birinci rübdə banklar əhalidən 330.7 milyon dollar almış, 626.3 milyon dollar satmışdır, ikinci rübdə 358.1 milyon dollar almış, 286.8 milyon dollar satmış və üçüncü rübdə isə 363.7 milyon dollar almış və 284.9 milyon dollar satmışdır. Beləliklə, əhalinin ilk rübdən sonrakı dövrlərdə dollarının böyük hissəsini banka satmalı olub.

ARDNF 2021-ci ilin ilk 10 ayında banklara 4 milyard 848.12 milyon dollarlıq valyuta satmışlar. Bu öncəki ildən 21% azdır, lakin nəzərə alınmalıdır ki, təkcə öncəki ildə “maliyyə təşvişi” yaranmış mart ayında 1 milyard 928 milyon dollarlıq valyuta satılmışdı.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sentyabrdakı faiz qərarına dair açıqlamada, profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəklədiyini demişdi. AMB-yə görə, cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələyir.

2122122

Son xəbərlər
Oxşar xəbərlər
X