Banklar tərəfindən VERGİYƏ aid suallarınıza PULSUZ cavab tapın

Sirr deyil ki, Azərbaycanda banklar devalvasiyadan sonra bir çox məhsullarının çeşidini və keyfiyyətinin artırılmasına yönəldiblər. Bu tendensiya daha çox istehlak kreditləri istiqamətində nəzərə çarpsada, biznes kreditləri ilə bağlıda müəyyən yeniliklərlər mövcuddur.

Bu yeniliklərdən biridə banklar tərəfindən biznes müştərilərinə təqdim edilən pulsuz konsultasiyadır. Bu xidmət çərçivəsində müştəri təqdim olunan konsultasiya xidməti çərçivəsində öz suallarını verə bilər, problemləri haqqında məsləhətləşə bilər.

Belə bir xidmət hələki iki bank , AccessBank və Bank Respublika tərəfindən təqdim edilir və hər iki bank Vergi ilə bağlı müştərilərinə məsləhət xidməti verir. Qeyd edək ki bu xidmətdən müştərilər pulsuz faydalana bilirlər.

AccessBank – Vergi məsləhətçisi

Xidmətdən necə faydalanmaq olar?

Konsultasiya əldə etmək üçün 151 Məlumat Mərkəzinə zəng edə və ya onlayn müraciət formasını doldurmaqla məsləhət ala bilərsiniz.

Konsultasiya  vasitəsi ilə hansı məsələlərlə bağlı suallara cavab tapmaq olar?

·  Vergilərlə bağlı yaranmış suallarının cavablandırılması

·  Sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə uyğun qurulması üçün məlumatlandırma xidmətinin göstərilməsi

·  Müştərilərin vergi ödəyicisi kimi qeydiyyata alındığı rüb üçün vergi və DSMF hesabatlarının, zəruri ərizələrin vergi orqanına təqdim olunması

·  Ehtiyac olarsa, mütəxəssislər tərəfindən vergilərlə bağlı təlimin keçirilməsi

Qeyd edək ki, bu xidmətdən həm VOEN almış, həmdə VOEN almağı planlaşdıran və bununla bağlı sualları çıxmış müştərilər faydalana bilər.


Bank Respublika – Vergi konsultantı

Xidmətdən necə faydalanmaq olar?

Konsultasiya əldə etmək üçün 144Məlumat Mərkəzinə zəng etməklə məsləhət ala bilərsiniz.

Konsultasiya  vasitəsi ilə hansı məsələlərlə bağlı suallara cavab tapmaq olar?

·  Vergi hesabatlarının doldurulması ilə bağlı

·  VOEN alınması ilə bağlı suallar


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları