22 C
Baku
Friday, April 26, 2024

Banklar tərəfindən verilən kreditlər artıb

2015-ci il avqust ayının 1-nə kimi ölkənin bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları hüquqi və fiziki şəxslərə 20,2 milyard manat məbləğində kredit ayırıblar.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu vəsaitin 78,1 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olub.

Verilmiş kreditlərin həcmində 2014-cü il avqust ayının 1-i ilə müqayisədə 18,5 faiz artım baş verib.

Qeyd edək ki, kreditlərin 6,4 faizinin ödəmə vaxtı keçib.

Avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 7,6 milyard manat təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər