Ötən ayda keçirilən 8 valyuta hərracında satılan pulun məbləği açlıqlanı. Bu barədə Banker.az ARDNF-in açıqlamasına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin may ayı ərzində 300,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır. Bu da geridə qalan 5 ay ərzində ən böyük göstəricidir.
Xatırladaq ki, ARDNF, yanvar ayı ərzində – 285 mln. USD, mart ayı ərzində 250 milyon USD, fevral ayı ərzində – 258,4 mln. USD, aprel ayı ərzində – 220,8 mln. USD satılmışdı.