25 C
Baku
Friday, July 12, 2024

Banklar və sosial şəbəkələr: 2017-ci ilin ən arzulanan işəgötürənləri

Hazırda insanlar harada işləməyi arzu edirlər? Banker.az xəbər verir ki, LinkedIn bu suala özünün “2017-ci ilin ən arzulanan işəgötürənləri” toplusunda cavab verir.

LinkedIn şəbəkəsi 500 milyondan çox istifadəçidən əldə edilən məlumatlar əsasında ABŞ vətəndaşlarının orada işləmək xəyalı qurduğu 50 şirkətin reytinqini tərtib edib. Reytinq təşkil edilərkən şirkətdəki vəzifələrə, brendə və əməkdaşlara qarşı maraq, həmçinin şirkətin öz əməkdaşını qoruyub saxlamaq bacarığı kimi göstəricilər əsas götürülüb.

Banker.az saytı özündə texnoloji nəhəngləri, bank müəssisələrini, sosial şəbəkələri və KİV-ni əhatə edən 25 ən çox arzulanan işəgötürən şirkətləri təqdim edir.

  1. Capital One (bank holdinq şirkəti)

Əməkdaşlarının sayı: 47 300

  1. Adobe (proqram təminatı yaradıcısı)

Əməkdaşlarının sayı: 16 500

  1. Stryker (tibbi texnoloji şirkət)

Əməkdaşlarının sayı: 33 000

  1. BlackRock (qlobal investisiya şirkəti)

Əməkdaşlarının sayı: 13 000

  1. JLL (daşınmaz əmlak sahəsində maliyyə və kompleks professional xidmət təqdim edən şirkət)

Əməkdaşlarının sayı: 77 000

  1. JPMorgan Chase & Co. (bank)

Əməkdaşlarının sayı: 240 000

  1. Visa (dünyanın aparıcı ödəniş sistemlərindən biri)

Əməkdaşlarının sayı: 14 000

  1. CBRE (kommersiya daşınmaz əmlak nümunələrinin satışı üzrə agentlik)

Əməkdaşlarının sayı: 75 000

  1. Twitter (sosial şəbəkə)

Əməkdaşlarının sayı: 3500

  1. Under Armour (idman geyimləri istehsalçısı)

Əməkdaşlarının sayı: 14 000

  1. Workday (maliyyə xidmətləri təqdim edən şirkət)

Əməkdaşlarının sayı: 6 600

 

  1. Dell Technologies (fərdi kompüterlər yaradan və satan şirkət)

Əməkdaşlarının sayı: 145 000

  1. McKinsey & Co. (keyfiyyətli analitika təqdim edən qlobal konsaltinq şirkəti)

Əməkdaşlarının sayı: 25 000

  1. Netflix (əyləncə şirkəti)

Əməkdaşlarının sayı: 3200

  1. Airbnb (mənzil axtarışı və kirayəsi üçün online xidmət)

Əməkdaşlarının sayı: 2000

  1. Comcast NBCUniversal (telekommunikasiya şirkəti)

Əməkdaşlarının sayı: 160 000

  1. Walt Disney Company (dünyanın ikinci nəhəng telekommunikasiya şirkəti)

Əməkdaşlarının sayı: 195 000

  1. Time Warner (xəbər və əyləncə biznesi ilə məşğul olan şirkət)

Əməkdaşlarının sayı: 25 000

  1. Apple (gəlir həcminə görə dünyanın nəhəng texnoloji şirkəti)

Əməkdaşlarının sayı: 110 000

  1. Tesla (dünyaca məşhur elektromobil və günəş panelləri istehsalçısı)

Əməkdaşlarının sayı: 30 000

  1. Uber (taksi sifarişi üzrə şirkət)

Əməkdaşlarının sayı: 12 000

  1. Salesforce (texnoloji şirkət)

Əməkdaşlarının sayı: 25 000

  1. Facebook (sosial şəbəkə)

Əməkdaşlarının sayı: 17 000

  1. Amazon (dünyanın nəhəng online pərakəndə satış şirkəti)

Əməkdaşlarının sayı: 341 400

  1. Alphabet (Google şirkətinin törəmə şirkəti)

Əməkdaşlarının sayı: 72 000

Son xəbərlər
Digər xəbərlər