30 C
Baku
Monday, July 1, 2024

Banklar və kreditlə bağlı maraqlı faktlar

İsveçrədə ilk bank 19-cu əsrdə rəsmi olaraq qeydiyyatdan keçirilib.

Hazırda İsveçrədə ümumi hesabı 52 trilyon dollar olan 400-ə yaxın kommersiya bankı fəaliyyət göstərir.

Roma papası III Aleksandr 1179-cu ildə bütün bankirləri Kilsədən kənar və ona qarşı olduqlarını elan etdi. Bankirlər kilsəyə gəlib günahlarını etiraf etmək, xristian hesab olunmaq və xristian kimi dəfn olunmaq hüququndan məhrum edilirdi. Yeri gəlmişkən bu qanun heç kim tərəfindən ləğv edilməyib.

Səudiyyə Ərəbistanında, daha dəqiq Ər-Riyadda əməkdaşlarının yalnız qadın olduğu bir neçə bank fəaliyyət göstərir. Bu qadınlara İslam qaydalarını pozmadan işləmək imkanı və şəraiti yaradır.

Qədim Hindistanda kreditor borcalanı aldadaraq onun əmlakını əlindən ala bilərdi və bu qanunla qəbul edilmiş qərar idi.

Lakin sözügedən bu qanun yalnız aşağı kastanın nümayəndələri üçün nəzərdə tutulmuşdu.

Qədim Misirdə borcalan kreditini vaxtında ödəyə bilmədikdə ya həbs edilir, ya da kreditorun quluna çevrilirdi.

Qədim Romada isə borcalanın borc məbləğinə uyğun həbsə məhkum edilir və borcunu ödəməsi üçün bir ay vaxt verilirdi.

Bir aydan sonra kredit məbləği ödənmədikdə həmin şəxs qullarla birgə bazara çıxarılırdı.

Son xəbərlər
Digər xəbərlər