10 C
Baku
Wednesday, December 11, 2024

Banklar vətəndaşa xəbərdarlıq etməlidirlər

Banka əmanət yatıran vətəndaş istəyir ki, yatırdığı əmanətin təhlükəsizliyi barəsində fikirləşməsin.

Bunun üçün bank əməkdaşları müştəriyə, əmanətlərinin siğortalanıb siğortalanmaması barəsində məlumat verməlidir.

Qeyd edək ki, 2007-ci il 12 avqust tarixindən “Əmanətlərin Siğortalanması Fond”u fəaliyyət göstərir. Fond onun üzvü olan banklarda siğorta hadisəsi baş verdiyi təqdirdə vətəndaşın əmanətlərini kompensasiya edir. Ona görə də banklar müştərini məlumatlandırmaqdan çəkinməməlidirlər, çünki hər bank fondun üzvü deyil.

Siğorta hadisəsi iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsi halında baş verir.

Siğortalanmış əmanətin siğortalanmamış əmanətdən fərqi odur ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda siğorta hadisəsi baş verdikdə “Əmanətlərin Siğortalanması” haqqında qanunla müəyyən edilmiş məbləğdə fond tərəfindən kompensasiya olunur.

Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Xatırladaq ki, əmanətçilər əmanətlərin siğortalanması üçün heç bir ödəniş etmirlər.Siğorta haqları banklar tərəfindən ödənilir.

Siğorta hadisəsi baş verdikdə kompensasiya aşağıdakı valyuta ilə ödənilir.

Milli valyutada olan əmanətlərə – manatda;
Həm milli, həm də xarici valyutada olan əmanətlər – bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə – həmin valyutalarda
Digər valyutalarda olan əmanətlərə – sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda.

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

1-əmanət (bank hesabı) müqaviləsi;

2-əmanət kitabçası;

3-yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd;

4-şəxsiyyəti təsdiq edən sənəd;

5-əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

Fondun 2014-cü ilin hesabatları ilə maraqlandıq, əfsuslar olsun ki, fond fəaliyyəti haqqında sonuncu məlumatı 2012-ci ildə verib.

Fondun üzvi olan bankların siyahısı:

1-Xalq Bank

2-AtaBank

3-Azərbaycan Beynəlxalq Bankı

4-Access Bank

5-DəmirBank

6-Milli İran Bankı Bakı filialı

7-Azəri-Türk

8-Bank of Azerbaijan

9-Bank of Baku

10-Bank Respublika

11-Kapital Bank

12-Bank Standard

13-AG Bank

14-Muğan Bank

15-Nikoil Bank

16-Pakistan Milli Bankı Bakı filialı

17-Rabitəbank

18-Bank Technique

19-Turan Bank

20-Unibank

21-Yapı Kredi Bank Azərbaycan

22-Zamin Bank

23-Parabank

24-Gəncə Bank

25-Yunayted Kredit Bankı

26-Expressbank

27-Dekabank

28-Atrabank

29-Azərbaycan Sənaye Bankı

30-Azərbaycan Kredit Bankı

31-Qafqaz İnkişaf bankı

32-NBC Bank

33-Günay Bank

34-Bank Avrasiya

35-Paşa Bank

36-Naxçıvanbank

37-AFB bank

38-Bank VTB(Azərbaycan)

39-Kredo Bank

40-Bank Silk Way

41-Bank BTB

42-Amrahbank

Son xəbərlər
Digər xəbərlər