23 C
Baku
Saturday, September 28, 2024

Banklar valyuta riskini vətəndaşa ötürmək hüququna malikdirmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov bildirir ki, “Banklar gəlir əldə etmək üçün xarici valyuta ilə kredit verirlər.  Banklara müraciət edən vətəndaşların böyük əksəriyyəti krediti manatla alır. Bu da bankların hesabında olan manatın azalmasına, xarici valyutanın isə istifadədən qalmasına gətirib çıxarır. Banklar xarici valyuta ilə olan vəsaitlərini də kredit vermək üçün bəzən manatla kreditin verilməsini dayandırırlar.

Ekspertlər hesab edir ki, bankların bu addımında başqa səbəb isə xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələrinin yüksək olması ilə bağlıdır . Belə ki, Vətəndaş 1500 manat kredit almaq istəyirsə, onu dollara çevirərək, məzənnəyə uyğun olaraq verirlər. Bu da manatın banklara verdiyi əminliklə bağlıdır. Çünki, bu halda banklar ölkə daxilində təhlükə ilə üzləşmir, onların risk ləri minimuma enir. Bütün bunlara görə banklar dollarla işləməyə meyllidir.

Millət vəkili Əli Məsimli ekspertlərin fikrinə zidd olaraq qeyd edir ki, “Krediti hansı valyuta ilə götürəcəyini vətəndaş özü müəyyənləşdirir.

Yəni, istəyənlər krediti manatla,  istəməyən isə xarici valyuta ilə alır. Xarici valyuta alanda faiz dərəcələri də bir qədər aşağı göstərilir. Ona görə də əsasən xarici valyuta ilə ölkəmizdə kredit vermək məsələsi qətiləşməyib. Belə bir şey yoxdur”.

Paradoksal məsələ ondan ibarətdirki, vətəndaşlar manat götürməkdə maraqlıdırlar, çünki Azərbaycanda sərbəst istifadəsi qadağandır . Banklara isə sərf edirki onların xaricidən cəlb etdiyi valyutanı elə həmən formada müştərilərə kredit şəklində versinlər ki sonradan valyuta riski ili qarşılaşmasınlar, onu vətəndaşa ötürsünlər. Nəticə olaraq, banklar müştərilərdən həm risklərin qarşısını almaq, həmdə sonradan onlara verilmiş xarici valyutanın konvertasiyasından qazanc əldə etmək üçün istifadə edir.

Son xəbərlər
Digər xəbərlər