22 C
Baku
Tuesday, April 23, 2024

Banklar xanımların bayramını necə təbrik etdi?

Artıq xanımların ən çox sevdiyi və səbrsizliklə gözlədiyi  8 Mart Beynəlxalq Qadınlar günü yaxınlaşdı.  Bu bayramı kişilərin əksəriyyəti demək olar ki, heç sevməsə də, qadınlar 8 Martda özlərini özəl hiss edirlər. Bu bayramın yaxınlaşması ilə əlaqədar olaraq geyim, ətir və bir neçə mağazalarda  xanımlar üçün xüsusi endirim kampaniyaları tətbiq olunur.

Banklarımız da bu ənənəni davam etdirmək üçün 8 mart münasibətilə kampaniyalara start verdi.

mageUnibank qadınların bayramını  möhtəşəm və unudulmaz etmək məqsədilə  8 marta  8  taksit kampaniyasına başlayır.  Kampaniyanın davam etdiyi 3 gün ərzində  ALBALI PLUS (ALBALI) kart  sahibləri  3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar.

Bank of Baku Bolkart sahibləri üçün kampaniyasını elan edir. Mart ayının 7-dən 9-dək Bolkart sahibləri kartları ilə 3 və 6 aylıq ödəmə müddəti olanBolkart mağazalarda hər hansı məhsulu alıb, onun dəyərini 8 ayadək ödəmək imkanı qazanacaqlar.

Beləliklə, Bolkart sahibləri 3 və 6 ay ödənişli mağazada cari il 7 – 9 Mart tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, məhsulun dəyərini uyğun olaraq 5 və 8 aya bölüb ödəmək imkanını əldə edə biləcəklər.

10391415_10152847655028392_2203010121956893177_nDəmirBank 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə 6,7,8 mart tarixlərində DəmirTaksit-lə xərclədiyiniz məbləğlərin 8%-ni hədiyyə olaraq balansınıza geri qaytaracaq.  Bununla yanaşı, Bank xanımlara  6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı üzrə  limitsiz nağdılaşdırma imkanı da verəcək.

11025165_898176510232669_7224056212188510211_nExpressbank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi kredit aksiyası 8 mart 2015-ci il tarixinədək davam edəcək.  Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunurlar. Kreditin məbləği 10 000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək.

10991404_912439692129077_5752522680600197613_nFINCA Azerbaijan  Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəksiniz.

Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2-4%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 4-8%-dək faiz endirimlərindən yararlanacaqlar.

20519_983382831672207_2553916250039622645_nAccess Bank 8 mart bayramı ilə əlaqədar olara Facebook səhifəsində müsabiqədə keçirir.

Sadəcə 8 Martda kimlə kinoteatra getmək istədiyinizi şərhlərdə qeyd edərək 2 nəfərlik kino bileti qazanana bilərsiniz.

Kampaniya zamanı bank 8 qalib müəyyən edəcək. Şərtlər haqqında ətraflı məlumatı linkdən oxuya bilərsiniz.

https://www.facebook.com/AccessBankAz/photos/a.393529217324241.102062.286598354683995/983382831672207/?type=1&theater

11015065_776657715745124_2724673265692052701_nKapital Bank “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar kampaniyaya start verib. Gündəlik tələbat kredit məhsulu üzrə kredit komissiyaları aşağıdakı kimi hesablanacaq. cədvələ uyğun hesablanır.

Capture

Kampaniya qadın müştərilər üçün 2015-ci il mart ayının 6 və 7-i tarixlərində keçirilir.

Bank Standard 8 mart bayramı münasibətilə aksiyaya start verib. Aksiya mart ayının 2-19 11050798_956443904373457_1388878325833767603_otarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanımlara 12 ay müddətinə SmartCard Gold kredit kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etmək kifayətdir.

“Bank Standard” bankda hesabı olan və ötən il aksiya çərçivəsində hədiyyəqazanan xanımlara isə 36 ay müddətinə MasterCard Gold kredit kartını hədiyyə edir və kredit xəttinin illik faiz dərəcəsinə 1% endirim edir. Əlavə olaraq bank aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərə kredit xətti məbləğinin artırılma imkanı yaradılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər