Artıq xanımların ən çox sevdiyi və səbrsizliklə gözlədiyi 8 Mart Beynəlxalq Qadınlar günü yaxınlaşdı. Bu bayramı kişilərin əksəriyyəti demək olar ki, heç sevməsə də, qadınlar 8 Martda özlərini özəl hiss edirlər. Bu bayramın yaxınlaşması ilə əlaqədar olaraq geyim, ətir və bir neçə mağazalarda xanımlar üçün xüsusi endirim kampaniyaları tətbiq olunur.
Banklarımız da bu ənənəni davam etdirmək üçün 8 mart münasibətilə kampaniyalara start verdi.
Unibank qadınların bayramını möhtəşəm və unudulmaz etmək məqsədilə 8 marta 8 taksit kampaniyasına başlayır. Kampaniyanın davam etdiyi 3 gün ərzində ALBALI PLUS (ALBALI) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar.
Bank of Baku Bolkart sahibləri üçün kampaniyasını elan edir. Mart ayının 7-dən 9-dək Bolkart sahibləri kartları ilə 3 və 6 aylıq ödəmə müddəti olan mağazalarda hər hansı məhsulu alıb, onun dəyərini 8 ayadək ödəmək imkanı qazanacaqlar.
Beləliklə, Bolkart sahibləri 3 və 6 ay ödənişli mağazada cari il 7 – 9 Mart tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, məhsulun dəyərini uyğun olaraq 5 və 8 aya bölüb ödəmək imkanını əldə edə biləcəklər.
DəmirBank 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə 6,7,8 mart tarixlərində DəmirTaksit-lə xərclədiyiniz məbləğlərin 8%-ni hədiyyə olaraq balansınıza geri qaytaracaq. Bununla yanaşı, Bank xanımlara 6,7,8 mart tarixlərində “DəmirTaksit” kartı üzrə limitsiz nağdılaşdırma imkanı da verəcək.
Expressbank-ın 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi kredit aksiyası 8 mart 2015-ci il tarixinədək davam edəcək. Aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunurlar. Kreditin məbləği 10 000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək.
FINCA Azerbaijan– Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəksiniz.
Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2-4%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 4-8%-dək faiz endirimlərindən yararlanacaqlar.
Access Bank 8 mart bayramı ilə əlaqədar olara Facebook səhifəsində müsabiqədə keçirir.
Sadəcə 8 Martda kimlə kinoteatra getmək istədiyinizi şərhlərdə qeyd edərək 2 nəfərlik kino bileti qazanana bilərsiniz.
Kampaniya zamanı bank 8 qalib müəyyən edəcək. Şərtlər haqqında ətraflı məlumatı linkdən oxuya bilərsiniz.
Kapital Bank “8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar kampaniyaya start verib. Gündəlik tələbat kredit məhsulu üzrə kredit komissiyaları aşağıdakı kimi hesablanacaq. cədvələ uyğun hesablanır.
Kampaniya qadın müştərilər üçün 2015-ci il mart ayının 6 və 7-i tarixlərində keçirilir.
Bank Standard 8 mart bayramı münasibətilə aksiyaya start verib. Aksiya mart ayının 2-19 tarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanımlara 12 ay müddətinə SmartCard Gold kredit kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etmək kifayətdir.
“Bank Standard” bankda hesabı olan və ötən il aksiya çərçivəsində hədiyyəqazanan xanımlara isə 36 ay müddətinə MasterCard Gold kredit kartını hədiyyə edir və kredit xəttinin illik faiz dərəcəsinə 1% endirim edir. Əlavə olaraq bank aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərə kredit xətti məbləğinin artırılma imkanı yaradılır.