Azərbaycanda yeni cəlb edilmiş depozit və verilmiş kreditlərin orta faiz dərəcələri açıqlanıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yeni cəlb edilmiş depozitlərin manatda orta faiz dərəcəsi 0.92 faiz bəndi azalmaqla 8.04%-ə, xarici valyutada isə 0.13% bəndi artmaqla 1.19%-ə yüksəlmişdir.
Verilmiş kreditlərdə isə manatda olanların orta faiz dərəcəsi 0.20 faiz bəndi artmaqla 17.58%-ə, xarici valyutada isə 0.30 faiz bəndi azaldılmaqla 5.72%-ə düşüb.