Azərbaycanın bank sektoru 2023-cü ilin ilk ayı yanvarda 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinad edir.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.
Banklar ilk ayda təkcə faizlərindən 273.6 mln. manat həcmində gəlir əldə ediblər.