21 C
Baku
Wednesday, May 1, 2024

Banklar yanvarda kredit faizlərindən 240 milyon manata yaxın gəlir əldə ediblər

Azərbaycandakı bankların 2024-cü ilin yanvarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk ayında bankların kreditlər üzrə faiz gəlirləri 239.7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 199.9 milyon manat təşkil etmişdir.

Yanvar ayında faizlər üzrə xərcləri isə 86.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 67.2 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər