16 C
Baku
Saturday, November 2, 2024

“Banklara 1 ay möhlət verilməsi bizim təşəbbüsümüzdür”

Azərbaycanda elektron ticarət əməliyyatlarına ƏDV-nin tətbiqi ilə bağlı banklara 1 ay möhlət verilməsi Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü olub. Bunu ABA-dan deyiblər.

“Bu məsələ ABA ilə Vergilər Nazirliyi arasında keçirilən görüşdə müzakirə edilib. Bildirilib ki, verginin tutulması üçün həm banklar, həm də prosessinq mərkəzləri müvafiq sazlama işləri aparmalı, elektron ticarət əməliyyatları kodlar üzrə qruplaşdırılmalı, yəni hansı əməliyyatın əmtəə, hansının xidmət olduğu müəyyən edilməlidir. Buna görə də, hökumətdən 1 ay vaxt istənilib və Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bu məsələdə ABA-ya dəstək verməsi xahiş olunub”, – deyə ABA-dan bildiriblər.

Xatırladaq ki, MBNP və Vergilər Nazirliyi bu ayın sonuna qədər kommersiya banklarının elektron ticarətdə ƏDV tutmaması ilə bağlı razılığa gəlib. Bununla da, yeni ildən Vergi Məcəlləsinə edilmiş dəyişiklik əsasında, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18%-lik ƏDV-nin hesablanması 1 ay ertələnib.

Son xəbərlər
Digər xəbərlər