27 C
Baku
Saturday, July 27, 2024

Banklara COVID-19-un təsirinə görə güzəşt müddəti 2022-ci ilə qədər uzadıldı

Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə 1 iyul tarixində AMB tərəfindən yayımlanan açıqlamada qeyd edilir.

Bank sektorunun kapitala aid yeni requlyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 01 iyul 2021-ci il tarixindən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və I dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsalı üzrə minimum hədd Mərkəzi Bankın aidiyyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bərpa ediləcəkdir.

AMB-dən deyirlər ki, bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcəkdir.

“Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar requlyativ güzəştin tətbiqi müddətinin 01 yanvar 2022-ci il tarixinədək uzadılması qərara alınmışdır”- deyə, açıqlamada deyilir.

Son xəbərlər
Digər xəbərlər