5 C
Baku
Saturday, December 14, 2024

Banklara işçilərin axını davam edir

Azərbaycanda bankların işçi sayındakı artım tendensiyası koronavirus səbəbindən sərt karantinin tətbiq edildiyi aylarda dayanmaq bilməyib.

Cari ayın 1-nə Azərbaycanda bank işçilərinin sayı 18 478 nəfər olmuşdur. Bu son bir ayda 78 və bağlanan banklardan sonra (may ayında) isə 89 nəfər artımı olması deməkdir. Banklar bağlanana qədər isə bankların işçi sayının həcmi 1 aprel 2020-ci il tarixində 19 846 nəfər idi. Banker.az bu barədə Mərkəzi Bankın statistik rəqəmlərinə istinadən xəbər verir.

Ölkədə ATM-lərin sayı isə 2 585 ədəd olub ki, bu da son bir aylıq müqayisədə 16 ədəd artım deməkdir. Analoji olaraq ATM-lərin bağlanan 4 bankdan öncəki sayı 2 677 ədəd idi.

Son xəbərlər
Digər xəbərlər