6 C
Baku
Sunday, December 15, 2024

Banklara məxsus əmlaklar hərraca çıxarılıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Respublika Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Kredobank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azerbaycan” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

“Report” Fonda istinadən xəbər verir ki, 20 lot üzrə əmlak II dəfə hərraca, 19 lot üzrə əmlak III dəfə, 2 lot üzrə isə əmlak isə IV dəfə hərraca çıxarılır.

IV dəfə hərraca çıxarılan “Texnikabank”ın balansındakı bağ evinin və “Bank Standard”ın balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac aprelin 30-da keçiriləcək.

“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi III dəfə hərraca çıxarılıb. Bu əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

Qeyd edək ki, ən baha avtomobil kimi “Bank Standard”a məxsus “Mercedes Benz GL500” qeyd edilib, və ilkin qiymət kimi 139.460,00 AZN-lə hərraca çıxarılıb.

“Bank Standard”ın balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabank”ın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili hərraca II dəfə çıxarılıb.

II və III dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac mayın 7-də keçiriləcək.

Hərrac açıq formada Respublika Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər