1 C
Baku
Saturday, December 14, 2024

Banklara müraciət: Devalvasiya gözlənilmir, işinizi yüksək səviyyədə qurun

“Mən inanmıram ki, yaxın bir neçə ildə 1-2 ildə manatın devalvasiyası olsun. Xüsusən 2019 və 2020-ci ildə manatın məzənnəsi ucuzlaşmayacaq”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Real TV-yə Prezidentin bu gün problemli kreditlərlə bağlı imzaladığı fərmanla bağlı müsahibəsində bildirirb. Deputat TV-dən birbaşa Bank rəhbərlərinə müraciət edib.

“Bu gözlənilmir. Çünkü, bizim müəyyən söbətlərimiz olur. Beynalxalq aləmdə gedən hadisələri izləyirik, neftin qiymətini izləyirik, Azərbaycanda qeyri-neft sektorunda gedən inkişafı baxırıq – ona görədə heç bir devalvasiya hadisəsi gözlənilmir. Buna görədə bank sistemi öz işini çox yüksək səviyyədə qurmalıdır” – deyə V.Əhmədov bildiirb.

 

 

Son xəbərlər
Digər xəbərlər