Banklara satılan dolların həcmi artdı – Valyuta hərracı

22 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 61.9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Beləliklə, iyun ayı ərzində yerli banklara ilk 7 hərracda 320.6 milyon dollar satılmışdır. May ayında isə cəmi 6 valyuta hərracı gerçəkləşmişdi, bunun da ümumi satış həcmi 312.8 mln. dollar idi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.