24 C
Baku
Tuesday, September 27, 2022

“Banklara şikayət edirsən səbəbkar Palata və Vergilər Nazirliyini göstərirlər”

“Azərbaycanda banklarda hesab üzrə əməliyyatlarda köhnə problemlər hələ də qalmaqdadır”.

Bu barədə iqtisadçı-ekspert Samir Əliyev şərh verib.

Ekspert deyir ki, bu problemlər özünü məhdudlaşdırmalarda (hesabdan hesaba, kartda-karta və s.), ehtiyac olmadığı halda vergiyə cəlb edilmələrdə (məsələn, 1%-lik vergi) özünü göstərir.

Banklara şikayət edildiyi halda isə səbəbkar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Vergilər Nazirliyini (o cümlədən Maliyyə Monitorinq Xidməti) göstərirlərı.

“Adı çəkilən qurumlardan soruşursan belə göstəriş və ya tövsiyə vermədiklərini əsas gətirərək bu halları bankların öz təşəbbüsü adlandırır. Bu halda kimin haqlı olduğu müəyyən etmək mümkün olmur, nəticədə müştərilər əziyyət çəkirlər. Ona görə də fikrimcə ictimai müzakirə (dəyirmi masa) keçirilməsi məqsədəuyğun olardı. Tədbirdə bir tərəfdə MBNP və Vergilər Nazirliyi, digər tərəfdə Azərbaycan Banklar Assosiasiyası və banklar, üçüncü tərəfdə isə Sahibkarlar Konfederasiyası və sahibkarlar, müstəqil ekspertlər iştirak etməlidir. Üçtərəfli müzakirə vasitəsilə problemləri ortaya çıxarıb mövcud problemləri aradan qaldırmaq olar”, – deyə ekspert bildirib.

Son xəbərlər
Oxşar xəbərlər