12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Banklara tətbiq edilən maliyyə sanksiyalarının əhatə dairəsi genişləndirilir

Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına maliyyə sanksiyalarının əhatə dairəsi genişləndirilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları tərəfindən vergi ödəyicilərinin milli və ya xarici valyutada cari və ya digər hesablarında olan vəsaitlər üzrə vergi orqanının sərəncamlarının icra edilməsi və müvafiq normaların icra edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi mexanizmləri dəqiqləşdiriləcək.

Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq ediləcək:

– vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının icra edilməməsinə, habelə Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə icra edilməyən ödəmə tapşırığında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;

– vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə icra edilməyən vergi orqanının sərəncamında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi

– bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması haqqında vergi orqanlarının sərəncamlarının daxil olduğu gün icra edilməməsinə görə – icra edilməyən vergi orqanının sərəncamında göstərilən məbləğlərin 50 faizi.

Son xəbərlər
Oxşar xəbərlər
X