26 C
Baku
Saturday, July 27, 2024

Banklararası Kart Mərkəzi infrastrukturu beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verib – audit

Azərbaycan Mərkəzi Bankının Banklararası Kart Mərkəzinin (BKM) vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyi və biznes proseslərin davamlılığının ən yüksək səviyyədə təmin olunması məqsədilə sistemin beynəlxalq PCI DSS – “Payment Card Industry Data Security Standards” (Ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə illik əsasda təşkil olunan növbəti audit həyata keçirilib.

AMB-dən Banker.az-a bildirilir ki, Audit yoxlamaları nəticəsində BKM infrastrukturunun ən son PCI-DSS v3.2.1 standartlarının şərtlərinə tam cavab verdiyi bir daha təsdiq edilib.

Qeyd edək ki, PCI-DSS standartları beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə 2006-cı ildə təsis edilmiş “PCI Security Standards Council” (Ödəniş kartı sahəsində Təhlükəsizlik Standartları Şurası) tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən standartlar ödəniş kartlarında təhlükəsizlik siyasəti, prosedur və qaydaların qiymətləndirilməsi üçün mühüm tələbləri və çoxsaylı direktivləri özündə ehtiva edir.

2020-ci il ərzində BKM üzərindən 53.2 mln. kart əməliyyatı aparılmış, əməliyyatların həcmi 2752 mln. manat, 14.6 mln. ABŞ dolları, 3.1 mln. avro təşkil etmişdir. 2019-cu il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2.4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artmışdır.

Son xəbərlər
Digər xəbərlər