26 C
Baku
Saturday, July 27, 2024

Banklararası repo istinad faizləri yüksəlib

Azərbaycanda banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) oktyabrın 4-də 7.60% təşkil edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir. Bu da bu indeks işə düşəndən sonra qeydə alınan maksimal göstəricidir.

Bundan öncəki müqavilə sonuncu dəfə 27 sentyabr tarixində 8%-lik repo faizi təşkil edib.

Birgünlük (1D) repo faizləri sentyabrın əvvəlində 5.18% təşkil etdiyi halda, 27 sentyabr tarixinə 8.4%-ə qədər yüksəlib.

4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 121 582 400  manat,  repo faiz dərəcəsi 4.00%-7.60% təşkil edən bağlanılmış 35 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4.00%, 1W AINAAO (6-8 gün) üzrə 5.37%, 2W AINAAO (13-15 gün) üzrə 5.80% təşkil etmişdir.

Qeyd edək ki, bu bazar iştirakçıları arasında manat faiz dərəcələrində istinad rolunu oynaması üçün Birjanın ticarət platformasında bağlanılmış repo əqdləri üzrə Birja tərəfindən indekslərin hesablanması qaydasını müəyyən edir.

Son xəbərlər
Digər xəbərlər