11 C
Baku
Wednesday, December 11, 2024

Banklararası şahmat turniri keçiriləcək ®

13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş növbəti banklararası şahmat yarışı keçiriləcək.

Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.

Yarışda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.

Artıq 4-cü dəfə keçiriləcək və hər il böyük marağa səbəb olan yarışmada ötən il 28 kredit təşkilatından 80-nə yaxın nümayəndəsi iştirak edib. İştirakçılar arasında şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib olmuşdur. 2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşmışdır. Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir

 

Son xəbərlər
Digər xəbərlər