7 C
Baku
Thursday, December 12, 2024

Banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artıb

2017-ci ilin ilk 9 ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 72 valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, dövr ərzində ARDNF-nin xarici valyuta satışları 2 mlrd. 486 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 37,3% azdır.

Hesabat dövründə AMB-də valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 811,7 mln. dollar olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər