7 C
Baku
Thursday, December 12, 2024

Banklarda əhalinin əmanətləri 480 milyon manat artıb

Bu ilin mart ayının 1-nə əhalinin əmanətləri 8 milyard 694,4 milyon manat təşkil edib. 2019-cu ilin martında isə əmanətlər 8 milyard 214 milyon manat olub. Belə ki, illik müqayisədə cari ildə əhalinin əmanətləri 480,4 milyon manat və ya 6% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bildirək ki, əhalinin əmanətləri fevral ayında 8 milyard 588,5 milyon manat , yanvar ayında isə 8 milyard 637,9 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər