5 C
Baku
Saturday, December 14, 2024

Banklarda əmanətlərin dedollarizasiyası davam edir

2017-ci il martın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 101,8 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 463,7 mln. manatı (20,6%) milli valyuta, 5 mlrd. 638,1 mln. manatı (79,4%) isə xarici valyuta ilə yerləşdirilib.

Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş rəqəmlərə istinadən xəbərə görə, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi 54,8 mln. manat və ya 3,9% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 30,3 mln. manat və ya 15,4% azalma var.

Bununla yanaşı, bu ilin yanvar ayı ilə müqayisədə fevralda manatda olan əmanətlərin həcmi 11 mln. manat və ya 0,76% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 656,4 mln. manat və ya 10,4% azalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər