Respondentlərin 70.9%-i bankda onlara Borcalanın həyat sığortası məhsulunun təklif edildiyini bildirib.
ASA-dan verilən məlumata görə, bu barədə məlumat Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə aparılan “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş tədqiqat işi çərçivəsində təşkil olunmuş sorğu nəticəsində məlum olub.
Sorğu nəticələrinə görə, respondentlərin 24.4%-i Əmlakın icbari sığortasını, 8,7%-i Əmlakın könüllü sığortasını, 7,9%-i Avtomobilin icbari sığortasını, 4,7%-i Kasko sığortasını, 0,8%-i isə Səfər sığortasını bank vasitəsilə əldə edib.







