13 C
Baku
Friday, November 22, 2024

Banklarda ən gəlirli müddətli manat depozitləri – Mart 2024

Azərbaycanda 2024-cü ilin mart ayına Azərbaycanda bankların fiziki şəxslər üçün ən sərfəli müddətli manat əmanətləri məlum olub.

Kredit.banker.az platformasının apardığı monitorinqə əsasən siyahıda ən yuxarı illli gəlir təklif edən “Bank BTB” ASC və “Bank of Baku” ASC-dir. Bu banklar illik müddətin sonuna 10.5% gəlirlilik təklif edirlər. 7 bank 10 faizin üzərində illik gəlirlilik təklif edir.

Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur.

Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.


2345678900099900904

Azərbaycanda “Əmanətlərin sığortalanması haqqında” Qanunla əsasən illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır. 05 aprel 2021-ci il tarixindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərti ilə) kompensasiya ödənilir.

 

Son xəbərlər
Digər xəbərlər