Azərbaycanda 2024-cü ilin ilk ayına Azərbaycanda bankların fiziki şəxslər üçün ən sərfəli müddətli manat əmanətləri məlum olub.
Bank məhsulları üzrə kataloq kredit.banker.az platformasının son məlumatlarına əsasən, ən sərfəli müddətli manat əmanətləri “Bank BTB”, “Bank VTB” və “Bank of Baku”dadır. Bu üç bank illik 10.5% gəlirlilik təklif edən depozitlər cəlb edirlər.
Xatırlatma
Azərbaycanda “Əmanətlərin sığortalanması haqqında” Qanunla əsasən illik faiz dərəcəsi xarici valyutada 2.5%-dək və milli valyutada – 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır. 05 aprel 2021-ci il tarixindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərti ilə) kompensasiya ödənilir.