Mərkəzi Bank cəmi depozit bazasının valyutalar üzrə strukturunu açıqlayıb.
Banker.az xəbər verir ki, 2021-ci il fevral ayının 1-nə banklardakı 23 milyard 489.1 milyon manat depozitin 13 milyard 68 milyon manatı xarici valyutadadır. Bu məbləğ bugünkü məzənnə ilə təxminən 9 milyard 750 milyon dollardır.
Depozitlərin 10 milyard 421.2 milyon manatı milli valyutadadır.
Fevralda manatla müddətli depozitlər aylıq müqayisədə artıb, xarici valyutada depozitlər isə azalıb..