Banklarda ABŞ valyutasında 8 milyardlıq depozit

Mərkəzi Bank cəmi depozit bazasının valyutalar üzrə strukturunu açıqlayıb.

Banker.az xəbər verir ki, 2020-ci ilin oktyabr ayının 1-nə banklardakı 22 milyard 495.1 milyon manat depozitin 12 milyard 950.2 milyon manatı xarici valyutadadır. Bu məbləğ bugünkü məzənnə ilə təxminən 7 milyard 622 milyon dollardır.

Depozitlərin 9 milyard 545 milyon manatı milli valyutadadır. Bunun 2 milyard 988 milyon manatı müddətli depozitlərdir. Xarici valyutada isə müddətli depozitlər 6 milyard 751 milyon manat təşkil edir.

Sentyabrda manatla müddətli depozitlər 96.2 milyon manat artıb, xarici valyutada depozitlər isə 476.7 milyon manat azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər