Banklarda baş direktorun səlahiyyəti “daralıb”

0
Maliyyə Bazarlarına Nəzarət Palatası/ FOTO: Sabir Mirza, Banker.az

Məlumdur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı ilə yeni “Banklarda korporativ idarəetmə Standartları” təsdiq edilmişdir.

Banker.az xəbər verir ki, bu barədə  ekspert Ramin Bayramov bildirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yeni Qərara əsasən, yeni standartda bir sıra dəyişikliklər öz əksini tapmışdır. Xüsusən də, Banklarda aparılan mükafatlandırma prosesinə dair tələblərdə dəyişiklər əks olunmuşdur.

İdarə heyəti ilə bağlı da yeni bənd əlavə olunub.

Əlavə olunan bənd: “Bankın bir və ya bir neçə struktur bölməsinə (daxili audit bölməsi istisna olmaqla) nəzarət (kurasiya) yalnız İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.”

Bundan öncə təlimatda bankın rəhbərliyi dedikdə, (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri, habelə bankın bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşları) aid edirdi.

Yeni təlimatda isə, bankın rəhbərliyi dedikdə (bu kateqoriyaya Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri) aid edir.

Təlimat bununla demək istəyir ki, banklarda bu günə kimi Baş Direktor vəzifəsində olub İdarə Heyətinə üzv olmayan şəxslər bir və ya bir neçə sahəyə nəzarət (kurasiya) edə bilirdilərsə, artıq yeni təlimata görə edə bilməyəcəklər. Yəni Baş Direktor İdarə Heyətinə üzv olarsa, hər hansı bir sahəyə nəzarət (kurasiya) edə bilər.