15 C
Baku
Saturday, April 20, 2024

Banklarda depozitlər 22 mlrd. manatı ötdü

1 iyun 2021-ci il tarixinə Azərbaycan banklarına yatırılan depozitlərin həcmi açıqlandı.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Hesabat dövrünə olan məlumata əsasən bank sektorunda 22 65.5 milyon manatlıq depozitlər olmuşdur. Son ayda cəmi depozitlərin həcmi 703.4 milyon manat, yaxud 0.33% artım deməkdir.

Depozitlərin 8 milyard 478 milyon manatı fiziki şəxslərin vəsaitləridir. Bunların da 4 milyard 981.3 milyon manatı fiziki şəsxlərin müddətli, 3 milyard 496.7 milyon manatı isə tələbli vəsaitlər olmuşdur.

Hüquqi şəxslərin depozitlərinin həcmi isə 13 milyard 587.5 milyon manat olmuş, o cümlədən 2 milyard 248.1 milyon manatı müddətli, 11 milyard 339.4 milyon manatı isə tələbli olan vəsaitlərdir.

Son xəbərlər
Digər xəbərlər