24 C
Baku
Friday, April 26, 2024

Banklarda dolların orta mübadilə məzənnəsi 1.7 manatdan aşağı düşüb – son 3 ilin minimumu

Banklarda ABŞ dollarının orta mübadilə məzənnəsi 2018-ci ilin iyulundan bu tərəfə ən aşağı həddə düşüb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın nağd valyuta əməliyyatlarına dair hesabatda qeyd edilir.

Hesabata görə, may ayında ABŞ dollarının orta mübadilə məzənnəsi 1.6987 manata qədər geriləyib. Sonuncu dəfə bu qədər aşağı hədd 2018-ci ilin iyulunda 1.6984 USD/AZN olmaqla qeydə alınmışdı. Bu bir ay öncə, apreldə 1.7002 USD/AZN olmuşdu. Bildiyimiz kimi 1.7000 hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən illərdi təqdim etdiyi “lövbər məzənnədir”.

BƏS BU NƏDƏN BAŞ VERİR?

Buna səbəb Azərbaycanda may ayı üzrə ABŞ valyutasına olan tələbin kəskin düşməsidir. Məsələn, ilin 5-ci ayı ərzində banklar 99.01 mln. dollar xarici valyuta aldığı halda, 80.06 mln. dollar həcmində vətəndaşlara valyuta satmışlar. Yəni, son illərdə çox az müşahidə edilən haldır ki, bankların dollar alışı, satışı üstələyir.

Kommersiya banklarının əhalidən aldığı nağd dolların alış həcmi öncəki ayla müqayisədə 31.62 mln. azaldığı halda (24%), satışın həcmi daha kəskin, -49.9 milyon, yaxud 38% azalmışdır.

Mərkəzi Bankda keçirilən maydakı hərraclarda ARDNF banklara cəmi 312.82 milyon ABŞ dolları həcmində xarici valyuta satmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər