“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” haqqında təkliflər müzakirə edilib

0

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Banklar Assosiasiyasına (ABA) ünvanlanmış “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə dair banklardan daxil olmuş təkliflər müzakirə edilmişdir.

İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev, “ÇPY və Terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun sədri Anar Kərimov və Ekspert Qruplarının digər üzvləri iştirak etmişlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Müzakirə zamanı “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə əlaqədar təkliflərin sistemləşdirilməsi və bu məsələ ilə bağlı hər iki qrupun nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınmışdır. İşçi qrupun yaradılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.