Azərbaycan kommersiya banklarında çalışan işçilərin sayında azalma müşahidə edilir.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb.
Məlumata görə, aprel ayı ərzində banklarda 16 214 nəfər işçi olduğu halda, may ayı ərzində 180 nəfər azalaraq 16 034 nəfər işçi olub.